Xaçmaz sakini bıçaqlanıb

  • Müəllif: admin
  • 13 Aprel 2018 20:36


Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Qusarçay kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Qədirov Rəsul Tofiq oğlu bıçaqlanıb.

O Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Gununsesi.info