Xaçmazda avtomobil 4 piyadanı vurub

  • Müəllif: admin
  • 28 Aprel 2018 09:24

Xaçmazın “Bakı” prospektində 4 piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində Xaçmaz şəhər sakinləri, 1974-cü il təvəllüdlü İmamverdiyev Şəlalə Baba qızı, 1965-ci il təvəllüdlü Əliyeva Gülçöhrə Mehdi qızı, 1960-cı il təvəllüdlü Bünyadova Xanım Ovçu qızı və 1956-cı il təvəllüdlü Mustafayeva Esmira Nuru qızı xəsarət alıb.

Xəsarət alan şəxslərin müalicəsi Xaçmaz Mərkəzi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info