Xaçmazda avtomobil üç piyadanı vurub

  • Müəllif: admin
  • 27 Aprel 2018 21:55

Xaçmazda piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin “Bakı” prospektində baş verib.

“Nissan” markalı avtomobil yoldan keçən 3 nəfəri vurub. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info