Xalq artisti boşanmasının səbəbini açıqladı

  • By admin
  • 05 İyul 2016 13:42

azeri

 

 

Xalq artisti Azərin ilk dəfə şəxsi həyatından danışıb.

Gununsesi.info-nun məlumatına görə, Türkiyə vətəndaşı ilə ailə quran müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında ayrılmağının səbəbindən danışıb:

“Bakıya qayıdandan sonra ailəm dağıldı. Həmin ərəfədə mən ailəmin yanında olmalı idim. Mənsə Bakıda qalmağı seçdim, o da fikrimlə razılaşmadı. Dostcasına vətən üstündə ayrıldıq”.

Azərin ikinci dəfə ailə qurmaq istəyib-istəməməsi ilə bağlı sualları da cavablandırıb:

“Qismət… Bu mövzuda danışmağı sevmirəm. Hər şeyi Allaha həvalə etmişəm. Mən niyyətimi edirəm, Allah qapı açsa, inşallah, olar. Mənim anam, bacım, qardaşım var. Özümü sənətimə və onlara həsr etmişəm. Heç bir insan yalnız olmamalıdır. Allah qapımı açarsa, o da olar.

Həm qadın, həm sənət adamı kimi özümü xoşbəxt saymıram. Torpağım azad olunanda, xoşbəxt qadın və vətəndaş olacam. Qarabağda “Çırpınırdı Qara dəniz” mahnısını oxuyanda özümü tam xoşbəxt hiss edəcəm”.