Xalq artisti etiraf etdi - "ANCAQ SƏHNƏDƏ ÜZÜM GÜLÜR"

  • By admin
  • 05 Yanvar 2018 21:50

Xalq artisti Fatma Mahmudova etiraf edib.

Gununsesi.info xəbər verir ki, aktrisa Milli.Az-a açıqlamasında komediya oynamağın onun üçün heç də asan olmadığını bildirib:

“Mən yalnız səhnədə fikrimi cəm edib komediya oynaya bilirəm. Həyatda isə çox problemli insanam. Nə yaxşı ki, səhnə, seriallar var. Həyat başqa şeydir, gülüş başqa, səhnə isə tamam başqa. Ən yaxşı gülüş isə insanın qanından, canından gəlməlidir. Aktyor gülməməlidir, o insanlara təbii gülüş bəxş etməlidir. Hər şey obrazdan irəli gəlir. Komediya janrını oynamaq da hər aktyorun işi deyil. Əgər bu gün 30, 40 tamaşaçını ürəkdən güldürüb, ona təbii gülüş bəxş edə bilirsənsə, o, böyük şeydir. Biz də sənətkarlara baxıb öyrənmişik, amma şərt baxıb öyrənməklə deyil. Gərək insanın canında da olsun”.

Gununsesi.info