Xanım güləşçimiz yarımfinala yüksəldi

  • By admin
  • 30 Mart 2022 15:36

Avropa çempionatında çıxış edən qadın güləşçimiz  Alyona Kolesnik yarımfinala yüksəlib.

Gununsesi.info  xəbər verir ki, 59 kq çəkidə yer alan idmançı A qrupundakı ilk görüşündə Elif Yanikə (Türkiyə), ardınca Elene Heyke Bruggerə (Almaniya) qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqəni təmin edib. O, finala gedən yolda Yovita Vjesenlə (Polşa) qarşılaşacaq.

50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova isə təsnifatda Şimonetta Şekeriyə (Macarıstan) qalib gəlsə də, 1/4 finalda Miqlena Selişkaya (Bolqarıstan) məğlub olub.

gununsesi.info