Xanımı “yaraşıqlı məhkum”un xəyanəti barədə:  “Rəsmi olaraq evliyik”

  • By admin
  • 05 İyul 2017 19:53

125635_2z4pgtkm75
Cinayətkar fotosu sosial şəbəkədə paylaşıldıqdan sonra fenomen olan amerikalı məhbus Ceremi Miksin həyat yoldaşı Melisa Miks açıqlama verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 3 uşaq atası və evli olan “yaraşıqlı məhkum”un dəniz səyahətində başqa bir xanımda görünməsi barədə Melisa belə deyib:

“Rəsmi olaraq hələ də evliyik… Ceremi və yanındakı xanım məni maraqlandırmır”.

Qeyd edək ki, bir müddət öncə Bodruma istirahətə gedən 33 yaşlı Miks “Topshop” firmasının sahibi, 64 yaşlı Filip Qrinin qızı ilə öpüşərkən görüntülənib.

Gununsesi.info