Xanımının xahişi ilə baş nazirlikdən istefa verdi

  • By admin
  • 05 Dekabr 2016 09:15

zelland

“New Zealand Herald” qəzetinin yaydığı məlumata əsasən, Yeni Zelandiyanın Baş naziri Con Key şəxsi səbəblərə görə istefa verdiyini bəyan edib.

Gununsesi.info-nun məlumatına görə, həftəlik mətbuat konfransında C.Key deyib: “Bu, mənim qəbul etdiyim ən mürəkkəb qərardır və bundan sonra hansı işlə məşğul olacağımı bilmirəm”. Qəzetin yazdığına görə, Baş nazir həyat yoldaşının xahişinə görə istefa verib.

Baş nazir vəzifəsini Yeni Zelandiya parlamentinin üzvü Bill İnqlişin tutacağı gözlənilir. Bu barədə qərar Milli Partiyanın dekabrın 12-də keçiriləcək yığıncağında qəbul olunacaq. C.Key bildirib ki, o, partiyanın istənilən qərarını qəbul etməyə hazır olsa da, B.İnqlişin namizədliyini dəstəkləyir.

Gununsesi.info