Xarici investorlar Azərbaycanı niyə “sevmir”?

  • By admin
  • 06 Sentyabr 2016 14:36

2015-09-25-11-16-2810

Rəşad Həsənov: “İnamı bərpa etmək üçün ölkədə Sinqapur modelinə uyğun beynəlxalq heyətli orbitraj məhkəməsi formalaşdırılmalıdır”

Xəbər verildiyi kimi, prezident İlham Əliyev Şirvan-Muğan magistral su kəmərindən Salyan şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı hər bir  rayon rəhbərliyini öz rayonuna investisiyalar cəlb etməyə çalışmağa çağırış edib.

“Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir”-deyə, İ.Əliyev yerli icra orqanlarına bildirib.

Əlbəttə, ölkənin indiki vəziyyətindəən lazımlı addımlardan biri xarici investorların cəlb edilməsi, Azərbaycana bu yolla əlavə kapitalın gətirilməsidir. Amma  ölkədə investisiya mühiti zamanla sıradan çıxarıldığı, maliyyə risklərinin artdığı vaxtda xarici sərmayədarların nə dərəcədə maraqlı olacağı sual altındadır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Gununsesi.info-ya bildirib ki, hüquqi baxımdan Azərbaycanda xarici investorlar üçün şərait heç də pis deyil: “Bu, “Doing bizness” indeksində dəöz əksini tapır. Azərbaycan həmin indeksdə 187 ölkə arasında 67-68-cı yerlərdədir. Eyni zamanda, biznesə startın verilməsi ilə bağlı dünyada 7-8 ci yerlərdə qərarlaşmışıq.  Bunlar hüquqi baxımdan olan məsələlərdir ki, hansısa formada xarici investorları cəlb edə bilər”.

Amma iqtisadçı de-fakto vəziyyətin göründüyü kimi olmadığını qeyd edir: “İndiyədək investorların təcrübəsi və onların başına gələnlər göstərdi ki, faktiki olaraq qanunlara əməl olunmasında problemlər var. Məhkəmə sisteminin azad olmaması, əmlakın sahibliyinin qorunmaması kimi məsələlərdə problemlər var. Azərbaycan bu baxımdan qeyri-neft sektoruna investisiyalar cəlb edə bilmir. Neft sektorunda oyun qaydaları fərqlidir, oraya müdaxilə etmək imkanları bir qədər məhduddur. Qeyri-neft sektorunda fəaliyyət göstərən xarici investorlar isə bir çox problemləüzləşirlər. Məhz bu səbəbdən xarici investorların inandırılmasında problemlər yaşanır”.

R.Həsənov əlavə edir ki, investorlar üçün əlavəşəraitin yaradılmasıüçün yeni qanunvericilik aktları qəbul edilib, dövlət qurumlarının biznes obyektlərinə müdaxiləsi məhdudlaşdırılıb: “Amma bütün islahatlara baxmayaraq, nəinki xarici, heç yerli investoru iqtisadiyyata yatırım etməyə sövq edə bilmirik”.

İqtisadçı bildirir ki, prosesi ölkənin xeyrinə dəyişmək üçün qanunların işləkliyi təmin olunmalıdır: “Hazırda Azərbaycanın məhkəmə sisteminə inam kifayət qədər məhduddur. Düşünürəm ki, inamı bərpa etmək üçün hansısa radikal addım atılmalıdır. Sinqapur modelindən istifadə edilə bilər. Belə ki, beynəlxalq heyətli orbitraj məhkəməsi formalaşdırıla bilər.  Yerli və xarici investorların problemi çıxarsa həmin beynəlxalq orbitrajlı məhkəməyə müraciət etsin. Hökumətin özündə reformaların aparılmasına ehtiyac var. Belə ki müəyyən güclər var ki, liberal iqtisadiyyatın yaranmasının qarşısını alır, onları neytrallaşdırılması istiqamətində addımlar atıla bilər”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info