
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Çili Respublikası (mənzil qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, görüşdə ölkəmizin sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Gununsesi.info









