Xarici şirkətlər ölkəni niyə tərk edir? -EKSPERT RƏYİ

  • By admin
  • 11 Avqust 2016 09:14

oktay

Oqtay Haqverdiyev: «Şirkətlər riskə getmək istəmirlər»

Azərbaycandakı iqtisadi böhranın dalğaları tədricən bütün sahələrə ciddi zərbələr vurur. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətini dayandırması xəbərləri son vaxtlar daha tez-tez eşidilir. Bu ərəfədə daha iki xarici şirkət Azərbaycandakı filialının fəaliyyətini dayandırıb. Vergilər Nazirliyinin məlumatına görə, “China Geo-Engineering Corporation International” MMC-nin və “Life Division” MMC-nin Azərbaycandakı filialları ləğv olunub.

Azərbaycandakı xarici şirkətlər niyə fəaliyyətini dayandırır? Vergi yükü və ya qanunsuz ödənişlər amili bu qərarların qəbulunda rol oynayırmı?

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, xarici şirkətlərin fəaliyyətlərini dayandırması hazırda ölkədə hökm sürən iqtisadi böhranla əlaqədardır. Ekspert xarici şirkət və investorların illərdir burda işlədiyini və iqtisadiyyatın aktivliyini gördüklərini də diqqətə çatdırır: “Onlar bura gələndə bilirdilər ki, itirməyəcəklər, qazana biləcəklər.  Lakin indi situasiya dəyişib və vəziyyət gərginləşib. Hazırda yerli şirkətlər, müəssisələr də bağlanır, iş yerləri   azalır. Bu cür böhran vəziyyətində xarici şirkətlər də riskə getmək istəmirlər”.