Xarici təhsil ekspertləri Bakıda - FOTO

  • Müəllif: admin
  • 30 İyun 2017 15:10

06

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində “Formativ və Summativ Qiymətləndirmə” mövzusunda seminar davam edir.  

BŞTİ-dən Gununsesi.info-ya verilən məlumata görə, seminarda iştirak edən İngiltərə və Finlandiyalı təhsil ekspertləri Koivula Priyo, Mark Frazer AZTV-nin “Səhər” Musiqi-informasiya proqramının qonağı olublar.

Proqramda beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirmək məqsədilə keçirilən seminar barədə geniş məlumat verilib. Həmçinin, xarici təhsil sistemi ilə Azərbaycanın təhsil sistemi arasında oxşar və fərqli cəhətlər, məktəbdaxili qiymətləndirmə və inklüziv təhsil barədə söhbət açılıb, təhsil ekspertlərinin Azərbaycan haqqında təəssüratları dinlənilib.

Anar

Gununsesi.info