Xarkovda rus əsgərləri ukraynalılara təslim oldu


“Ukrayna ordusu Xarkov vilayətində yaşayış məntəqələrini rusiyalı hərbçilərdən azad etməkdə davam edir. Ölməkdən qorxan rusiyalı əsgərlər kütləvi şəkildə Ukrayna Silahlı Qüvvələrinə təslim olurlar”.

Gununsesi.info xəbər verir ki, bunu ukraynalı hərbi jurnalist Andrey Saplienko özünün  “Saplienko-Ukrayna döyüşür” adlı teleqram kanalında bildirib.

O, əsir düşmüş əsgərlərin fotolarını da paylaşaraq qeyd edib ki, döyüşlər nəticəsində ataman İvan Sirko adına 92-ci əlahiddə mexanikləşdirilmiş briqada hərbi əsirlərin mübadilə fonduna onlarla rusiyalı əsgər və zabit daxil edib.  
“Onlara statusları və mübadilə şansları izah olunur. Ukrayna ordusu nə qədər çox əsir götürsə, bir o qədər tez Rusiya düşərgələrində olan əsgərlərimiz evə qayıdacaqlar”, – jurnalist bildirib.

Gununsesi.info