Xeyli miqdarda marixuana götürülüb

  • Müəllif: admin
  • 01 İyul 2017 14:30

marixuana

Ağcabədi rayon sakinindən 1,436 kq marixuana götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağcabədi rayon sakini Qabil Məmmədovdan 1 kiloqram 436,18 qram marixuana götürülüb.

Bundan başqa, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xırdapay kənd sakini Xaləddin Qasımovdan 9,8 qram marixuana götürülüb. Ona məxsus “VAZ-21099” markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 480 qram marixuana aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info