“Xiaomi” ucuz smartfonunu təqdim etdi

  • Müəllif: admin
  • 12 Mart 2020 21:19

“Xiaomi” şirkəti “Redmi Note 9” ucuz smartfonunu və onun üstün versiyası olan “Redmi Note 9 Pro” smartfonunu Hindistanda onlayn rejimdə təqdim edib.

Gununsesiaz.info xarici KİV-ə istinadən xəbər verir ki, yeni cihazlar 6,67 düyüm diaqonallı, Full HD+ təsvirə və 60 Hz-lik tezliyə malik LCD displeylə, dördlü kameralarla təchiz edilib.

Smartfonların daimi yaddaşı konfiqurasiyadan asılı olaraq 64-128 Gb, əməliyyat yaddaşı müvafiq olaraq 4-6 və 6-8 Gb-dir. Hər ikisi həmçinin “Qualcomm Snapdragon 720G” səkkiznüvəli prosesorla təchiz olunub. Eyni zamanda hər ikisinin akkumulyatoru 5020 mA/saat tutumludur.

Əsas modelin qiyməti 1 400 min yuandan (199 ABŞ dollar) başladığı halda, üstün versiyasının isə qiymətinin son həddi 1 800 yuandır (256 dollara yaxın).

 

 

Gununsesiaz.info