Xıdırlı – Qaragünə mənzilində 7 km dəmir yolu əsaslı təmir olunur - FOTOLAR

  • By admin
  • 14 İyun 2018 10:00
“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.
Gununsesi.info xəbər verir ki, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır.
Təmir işlərini “Dəmiryolservis” MMC həyata keçirir.
Hazırda Xıdırlı-Qaragünə mənzilində 7 kilometrlik yolun əsaslı təmir işləri icra olunur.
Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1960-cı illərdə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq, bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlər böyük əhəmiyyət kəsb edir.
Gununsesi.info