Xilasedicilər köməksiz vəziyyətdə qalan şəxsin dadına çatdılar

  • By admin
  • 22 Dekabr 2016 13:20

qapi
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:33-də başa çatıb.
Anar
Gununsesi.info