XİN Berlində törədilmiş faciəvi hadisə ilə əlaqədar açıqlama yaydı

  • By admin
  • 20 Dekabr 2016 13:47

xin

Azərbaycanın Xarici İşlər Nazirliyi Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar açıqlama yayıb.

Gununsesi.info-nun məlumatına görə, açıqlamada deyilir:

“Biz, Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Azərbaycanın Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır”.

Gununsesi.info