
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri barədə məlumat yayıb.
Gununsesi.info-nun məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, həmsədrlərin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.
Səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.
Gununsesi.info










