Xırdalanda bıcaqlanma hadisəsi baş verdi

  • Müəllif: admin
  • 10 May 2017 08:21

intihar bicaq

Abşeron rayonunda gənc naməlum şəraitdə bıçaqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Xırdalan şəhər bazarının yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Həsənzadə Zahid Mahir oğlu axşam saatlarında evinə gedərkən tanımadığı şəxs (və ya şəxslərlə) mübahisə edib.

Nəticədə Z.Həsənzadəyə iki bıçaq xəsarəti yetirilib. Yaralını 1 saylı şəhər xəstəxanasına hadisə şahidləri çatdırıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Faktı Abşeron polisi araşdırır.

Gununsesi.info