
Xırdalanda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 620 m2 olan mansard tipli üçmərtəbəli 11 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 55 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info