Xırdalanda parkda 15 yaşlı oğlanın qanını tökdülər

  • By admin
  • 10 Noyabr 2021 10:29

Abşeron rayonunda gənc oğlan bıçaqlanıb.

Hadisə noyabrın 8-i saat 17 radələrində rayonun Xırdalan şəhəri ərazisində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2006-cı il təvəllüdlü T.Yunuszadəni aralarında yaranan şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı qarın nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Gununsesi.info