Xızıda 168 partlamamış hərbi sursat aşkarlanıb

  • By admin
  • 13 Noyabr 2017 08:00

Gununsesi.info xəbər verir ki, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, noyabrın 12-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 168 ədəd partlamamış hərbi sursat (PHS), 263 ədəd partlamış-yanmış mərmi qalıqları və 367 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 820 900 kv.m (82.09 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 67 gün ərzində 15 109 ədəd partlamamış hərbi sursat (PHS), 7 483 ədəd partlamış-yanmış sursat qalıqları və 65 011 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 64 563 485 kv.m (6 456 ha) ərazi yoxlanılıb.

Gununsesi.info