Xızıda mağaza yandı

  • By admin
  • 25 İyun 2016 10:27

Fire

 

HTML tutorial

Bakının Xızı rayonunda mağaza yanıb. Yanğının baş verdiyi mağaza ümumi sahəsi 520 kv.m olan və bir dam altında yerləşən 13 ticarət obyektindən biri olub. Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadla xəbər verir ki, hadisə Bakı şəhərinin Xızı rayonunda baş verib. Belə ki, sahəsi 64 kv.m olan mağaza 50 kv.m sahədə yanıb və yaxınlıqdakı digər obyektin tavanı yüksək temperaturdan 20 kv.m sahədə əriyib. Digər mağazalar yanğından mühafizə olunub.

Gülnaz Qənbərli