“Xocəsən” metro stansiyası bu ilin sonuna qədər hazır olacaq

  • By admin
  • 23 Fevral 2022 18:41

Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində inşa olunan eyni adlı metro stansiyasının bu ilin sonuna qədər hazır olması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

“Xocəsən” stansiyasında tikinti işləri mərhələli şəkildə aparılır və birinci mərhələ üzrə işləri artıq yekunlaşmaq üzrədir. Tikinti işləri təkcə metropolitenin obyektləri və stansiyalarının inşası ilə tamamlanmır. Burda çox geniş mühəndis-texniki qurğular və avandanlıqlar quraşdırılmalıdır ki, bu sahədə də işlər gedir. Yəqin ki, bu il tikinti işlərinin birinci mərhələsini və “Xocəsən” stansiyasının tikintisini başa çatdıracağıq”, – deyə o qeyd edib.

 

 

Gununsesi.info