
“Yerkrapa” Könüllülər İttifaqının sabiq sədri Manvel Qriqoryan “İrəvan-Kentron” təcridxanasına yerləşdirilib.
Gununsesi.org xəbər verir ki, onun yenidən həbs edilməsi ilə bağlı qərarı apelyasiya məhkəməsi çıxarıb.
Qeyd edək ki, qanunsuz silah-sursat saxlamaqda və iri məbləğdə vəsaiti mənimsəməkdə təqsirli bilinən Qriqoryanı birinci instansiya məhkəməsi girov müqabilində azadlığa buraxmaq barədə qərar vermişdi. Lakin Apelyasiya Məhkməsinin qərarı ilə keçmiş sədr yenidən dəmir barmaqlıqlar arasında göndərilib.
Bundan öncə Ermənistanda onun həbsdən girov müqabilində azadlığa buraxılmasına qarşı silsilə aksiyalar keçirilmişdi. Aksiyaçılar onun istintaq müddətində həbsdə qalmasını tələb edirdilər.












