
1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qətlyamdan bizi 26 illik zaman fasiləsi ayırsa da, xalqımız həmin günü qan yaddaşında tarixinin qanla yazılmış ən ağrılı səhifəsi kimi saxlayır, dönə-dönə xatırlayır, günahsız faciə qurbanlarının ruhlarını hər il ehtiramla yad edir.
Gununsesi.info xəbər Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyəti də bu gün şəhərin mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək abidənin önünə təzə-tər qərənfillər düzüblər.
Anım mərasimi LDU-da keçirilən tədbirlə davam etdirilib. Tədbir iştirakçıları ilk öncə Xocalı faciəsini əks etdirən kitab və məcmuələrlərdən, foto-materiallalrdan ibarət sərgi ilə tanış olublar.
26 il öncə qaniçən ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş,qanına qəltan edilmiş günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sukutla yad edilib.
Lənkəran Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov baş verən qətlyamı nəinki Azərbaycanın, həmçinin dünyanın ən dəhşətli hadisəsi, faciəsi adlandıraraq gənc nəsli unutqan olmamağa, baş verənləri ibrət dərsi kimi daima xatırlamağa çağırıb. Bildirib ki, nə qədər ki, torpaqlarımız geri alınmayıb, Xocalı erməni separatçılarından təmizlənməyib, şəhid ruhları sakitlik tapmayacaq.
Baş verən dəhşətli faciə, onu doğuran şərait, səbəb və nəticələri, tarixin ibrət dərsləri LDU-nun tarix və onun tədrisi kafedrasının dosenti Rakif İbadovun məruzəsində ətraflı təhlil edilib.
Tələbələrin təqdim etdiyi “Xocalım-qan yaddaşım” adlı ədəbi–bədii kompozisiyada baş verən faciəni əks etdirən ədəbi əsərlərdən parçalar səsləndirilib.
Anım mərasimi “Xocalı faciəsi XX əsrin ən böyük faciəsidir “ adlı videçarxla başa çatıb.

Gununsesi.info









