Xorvatiya Respublikasının prezidenti, xanım Kolinda Qrabar Kitaroviç oktyabr ayının sonuna yaxın Azərbaycana gözlənilən səfəri ciddi marağa səbəb olub.
Gununsesi.info xəbər verir ki, bu gözəl xanımın siyasi həyata yolu deyil, əsasən onun siysətdənkənar və istirahət vaxtı çəkilən fotoları Azərbaycan mediasında geniş yer almaqdadır.
Media orqanları xanım prezidentin həyat yolunə nəzər salaraq onun sosial media orqanlarında yayılan fotolarını öz media orqanlarında tirajlamaqla məşğuldurlar.
Onu da qeyd edək ki, xanım Kolinda Qrabar Kitaroviç 2015-ci ilin fevralında Xorvatiyanın prezidenti seçilib. Bundan əvvəl isə 2005-2008 illər arasında Xorvatiya xarici işlər naziri və 2008-2011 illəri arasında ABŞ-da Xorvatiyanın səfiri olub.
Xanım Kitaroviç 2011-ci ildən etibarən 2014-ci ilə qədər NATO-da fəaliyyət göstərib
1993-ci ildən 2015-ci ilə qədər Xorvat Demokrat Birliyi partiyasının üzvüdür. 47 yaşlı xanım prezident internetdə yayılan fotoları ilə sosial şəbəkələrdə geniş müzakirə olunur.
Gununsesi.info