Xuliqanlıq edən şəxsin digər cinayətlərinin üstü açılıb

  • By admin
  • 14 Sentyabr 2017 13:36

hebs_58

Xuliqanlıq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin 6 avtomobildən oğurluq etməsi də müəyyən edilib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, xuliqanlıq etməkdə şübhəli bilindiyinə görə tutulan Elmin Babayevin ətrafında Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin aprel-iyun ayları ərzində rayon ərazisində 6 avtomobildən pul, maqnitafon, səsgücləndiricilər, təmir-tikinti alətlərləri və məişət əşyaları oğurlaması müəyyən edilib.

Anar

Gununsesi.info