
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya həbsxanaya havadan hücum edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Damar şəhərində qeydə alınıb.
Husilərin əsir götürdüyü şəxslərin saxlanıldığı həbsxanaya 6 aviazərbə endirilib.
Hücum zamanı 50 nəfər ölüb, 100 nəfər isə yaralanıb.