
Yabanı halda bitmiş, çəkisi 7,580 t olan 16950 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ-nin əməkdaşları tərəfindən Orand kəndi ərazisində 8 hektar sahədə yabanı halda bitmiş, çəkisi 7 ton 580 kiloqram olan 16 min 950 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.
Anar
Gununsesi.info










