
Perunun Nazca çölündə tapılan və yadplanetli olduğu iddia edilən insan mumiyası ilə bağlı yeni məqamlar açıqlanıb.
Axar.az-ın məlumatına görə, Sputnik-ə açıqlama verən rus alimi, araşdırmaçı Konstantin Korotkov aşkarlanan mumiyanın yadplanetli olması ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu bildirilib.
O, ehtimal edir ki, həmin daşlaşmış tapıntı min illər əvvəl yaşamış və təbii proseslər nəticəsində məhv olmuş insan tipinə aiddir:
“Mumiyanın genləri insan geni ilə qarşılaşdırılacaq. Ondan sonra tapıntının Kro-Maqnon insanı, yaxud fərqli növ olduğu müəyyən ediləcək. Hələlik dəqiq məlumatlara malik deyilik”.
Qeyd edək ki, iyun ayında yayımlanan videoda Perunun Nazca çölündə insanabənzər mumiyanın tapılması ilə bağlı görüntülər nümayiş edilmişdi.
Gununsesi.info