
Son günlər ölkə ərazisinə yağan aramsız yağış paytaxtda və bölgədə infrastrukturun hansı vəziyyətdə olmasını da ortaya qoydu. Normadan artıq yağıntının olması ölkə üçün ciddi problemə çevrilib.
Bakının və digər rayonları misal çəkmək mümkün deyil ki, yol infrastrukturu ilə bağlı problem orada mövcud olmasın. Halbu ki, yol təmirinə büdcədən milyonlarla vəsait ayrılır. Yolların standartlarıa uyğun çəkilməməsi səbəbindən yenidən təmirə bağlanması da ənənə halını alıb.
Gununsesi.info bildirir ki, dünən Cəlilabad rayonunda bir neçə ay əvvəl yeni təmir olunmuş magistral yolun çöküb. Bu isə yol çəkilişində korrupsiya hallarının olduğunun bir nümayişi idi. Onu hansısa hüquq-mühafizə orqanı deyil, təbiət nümayiş etdirdi.
Düz yolda hərəkət edən “Niva” markalı avtomobil qəfil yolun çökməsi nəticəsində yaranan quyuya düşüb.
Gununsesi.info həmin olayın fotosunu təqdim edir:










