ABŞ-ın Nyu-cersi əyalətində qəza törədən və avtomobilin içində sıxılan sürücünün köməyinə yoldan keçən iki nəfər çatıb.
Gununsesi.info moderator.az-a istinadla xəbər verir ki, sürücünü dumanlar arasından sürətlə çıxaran şəxslər dərhal ilkin tibbi yardım göstəriblər. Bu sırada avtomobil yanmağa başlayıb.
Hadisə anı polis avtomobilinin kamerasına saniyələrlə qeyd edilib. Hadisədən sonra polis əməkdaşları göstərdikləri qəhərəmancasına davranışa görə sürücüyə kömək edən şəxslərə təşəkkür edib.
Sürücü isə müalicə olunmaq üçün xəstəxanaya aparılıb.
Gununsesi.info












