Yanğında bir ailənin dörd üzvü tüstüdən zəhərləndi - BAKIDA

  • By admin
  • 18 Yanvar 2017 10:09

ambulani

Bakıda yaşayış binasında baş verən yanğında bir ailənin 4 üzvü tüstüdən zəhərlənib.

Gununsesi.info-nun məlumatına görə, tüstüdən zəhərlənənlər – 1976-cı il təvəllüdlü Nərmin Məmmədova, onun qızı 2009-cu il təvəllüdlü Leyla Məmmədova, qohumları – 1984-cü il təvəllüdlü Səidə Nurəliyeva və 1987-ci il təvəllüdlü Günel Tahirova xəstəxanaya yerləşdiriliblər.

Onlardan S. Nurəliyeva və G. Tahirova evə buraxılıb.

Ana və qızının vəziyyəti isə orta-ağırdır.

Gununsesi.info