Yanlışlıqla 1,4 milyard dollardan çox yardım ölülərə göndərildi

  • By admin
  • 26 İyun 2020 19:34
ABŞ-ın Xəzinə Departamenti yanlışlıqla 1,4 milyard dollardan çox koronavirus yardımını ölülərə göndərib.
Gununsesi.org xəbər verir ki, bu faktı departamentin fəaliyyətini yoxlayan müfəttişlər üzə çıxarıb. Məlum olub ki, mart ayından bəri iqtisadiyyatın dəstəklənməsi üçün verilən 2,6 trilyon dollar yardımın göndərilməsində tələskənlik göstərildiyindən xətalar ortaya çıxıb.
Kiçik və orta sahibkarlar üçün paylanılması nəzərdə tutulan vəsaitin bölüşdürülməsini həyata keçirən qurumun əməkdaşlığa yanaşmaması səbəbindən korrupsiya riski ortaya çıxıb.
Digər tərəfdən isə siyasətçilər yardımın miqdarının artırılıb artırılmaması məsələsini müzakirə edirlər.
Gununsesi.org