YAP Siyasi Şurasının iclasında nələr müzakirə edildi? – Deputatlara ciddi tapşırıqlar verilib

  • By admin
  • 13 Mart 2020 18:36

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının toplantısı keçirilib.

Gununsesi.org-un məlumatına görə, iclasda cari məsələlər müzakirə edilib, YAP-ın deputat korpusuna ölkə başçısı  İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında çıxışından irəli gələn tapşırıq və tövsiyələr verilib.

İclasda bildirilib ki, hər bir deputat öz vəzifəsini layiqincə yerinə yetirməli, xalqın onlara etimadını doğrultmalıdır.

İclasda əsasən həmçimim deputatlara aktiv olmalarıyla bağlı çağırış edilib. Bildirilib ki, onlar seçiciləriylə tez-tez görüşməli, əhalinin problemlərini dinləməlidirlər.