
Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar prezident seçkiləri ilə əlaqədar 2018-ci ilin fevralın 8-də növbəti – VI qurultayını keçirəcək.
Gununsesi.info-ya verilən xəbərə görə, qurultayın vaxtının dəyişdirlməsinə səbəb növbədənkənar prezident seçkisinin təyin edilməsidir. Qurultayın bu ilin mayında keçirilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdirəcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.
Məlumatda o da qeyd olunur ki, hazırda qurultayla bağlı texniki işlərə start verilib, ciddi hazırlıq gedir.
Bu arada, sözügedən məsələ ilə bağlı trend-ə açıqlama verən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da bildirib ki, Yeni Azərbaycan Partiyası qurultay keçirərək rəsmi qaydada prezidentliyə namizədini irəli sürəcək.
Mürtəza
Gununsesi.info












