Yaponiyada 5,9 bal gücündə zəlzələ oldu

  • Müəllif: admin
  • 18 İyun 2018 09:46

 

Yaponiyanın Osaka prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun məlumatına görə, Osaka şəhərində yeraltı təkanlar 4 bal gücündə hiss olunub. Zəlzələ nəticəsində 1 uşaq həlak olub, azı 8 nəfər xəsarət alıb.

 Bundan əlavə, zəlzələ səbəbi ilə nəqliyyatın hərəkətində problemlər yaranıb. Osaka və Xyoqo prefekturalarında 170 minə yaxın ev və mənzil işıqsız qalıb.