Yaponiyada 6.3 maqnitudalı zəlzələ olub

  • By admin
  • 14 İyun 2020 11:05

Bu gün yerli vaxtla saat 00.51 radələrində Yaponiya sahillərində 6,3 maqnitudalı zəlzələ olub.

Gununsesi.org-un  xəbərinə görə, bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı Kagoşima əyalətinin Amami-Ooşima qəsəbəsi yaxınlığında, 160 km dərinlikdə yerləşib.

 

Kagoşima və yaxınlıqdakı əyalətlərdə hiss edilən zəlzələ ilə bağlı sunami barədə xəbərdarlıq edilməyib.

 

 

Gununsesi.org