Yaponiyada erkən parlament seçkiləri keçirilir

  • By admin
  • 22 Oktyabr 2017 12:40

seckii
Yaponiya Parlamentinin Aşağı Palatasına növbədənkənar seçkilər keçirilir.

Gununsesi.info-nun verdiyi məlumata görə, 465 yer uğrunda 1150 namizəd mübarizə aparır.

Seçkilərdə iqtidar koalisiyası olan “Liberal-demokratik partiya” (LDP) və ona müttəfiq “Komeyto” partiyası, eləcə də “Ümid partiyası”, “Sosialist partiyası”, “Kommunist partiyası” və s. iştirak edir.

Seçkilərdə əsas maraq bu ilin sentyabrında Tokionun qubernatoru Yuriko Koike tərəfindən yaradılan “Ümid partiyası”nadır.
Gununsesi.info