Yaponiyada zəlzələ baş verib

  • By admin
  • 24 İyun 2016 10:09

215e3f86-f2f5-4aaa-8b41-e177b78b41a1_292

 

Yaponiyada 5,9 bal gücündə zəlzələ baş verib. Gununsesi.info xəbər verir ki, bu haqda ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar ölkənin Yonaquni adasından 102 kilometr cənub-şərqdəki qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və tələfat haqqında məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.

Qeyd edək ki, Yaponiyanın yerləşdiyi zona 5 ildən çoxdur yüksək seysmik ərazi hesab olunur. 2011-ci ilin 11 martında ölkənin şimal-qərbində 9 bal gücündə zəlzələ baş verib.  (Report, RİA Novost”)