Yaponiyanın Baş naziri Putini əsl cüdoçu adlandırıb

  • By admin
  • 07 Mart 2018 20:40

Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya Prezidenti Vladimir Putini “əsl cüdoçu” adlandırıb.

Gununsesi.info xəbər verir ki, S.Abenin bu fikirləri “Dünya düzəni 2018” sənədli filmində səsləndirilib.

O qeyd edib ki, Tokioda yerləşən əsas cüdo məktəbinə daxil olarkən insanların necə cüdoçu olub-olmadığı bilinir:

“Tatamiyə daxil olarkən cüdoçu dərindən baş əyir. V.Putin ölkə prezidenti olmasına baxmayaraq bu zala daxil olarkən baş əydi. Heç bir şübhə yoxdur ki, V.Putin əsl cüdoçudur”.

Gununsesi.info