Yaponiyanın mobil operatoru uçan sferik ekran yaradıb - VİDEO

  • By admin
  • 28 Aprel 2017 20:17

ucan sferik

Yaponiyanın Tiba şəhərində keçiriləcək “Niconico” konfransında “NTT Docomo” regional provayderi multikopter əsasında işləyən mobil ekran konseptini nümayiş etdirəcək. Kiçik sferik formada informasiya ekranı istənilən yerə uça və orada insanlara maraqlı nə isə göstərə bilər.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, diametri 88 sm təşkil edən kürənin daxilinə güclü kvadrokopter qurulub. Mühəndislər konstruksiyanın fırlanma sürətini və işıq diodlarının sayrışmasını elə seçiblər ki, kürənin müəyyən sahələrində statik şəkil, yaxud dinamik təsvir göstərilsin.
Ekranın təsvir ölçüsü 144×136 pikseldir. “Docomo” operatorunun rəsmiləri bildiriblər ki, 3,4 kq ağırlığında aparat çox manevrlidir və ictimai meydançalarda istifadə üçün avtonom iş vaxtı kifayət qədərdir. Uçan sferik displey bir çox sahələrdə tətbiq oluna bilər. Məsələn, ekranda istənilən faydalı informasiya, reklam və ya şən şəkillər göstərmək olar.

https://www.youtube.com/watch?v=kU_bXiR0I2k&feature=youtu.be

Gununsesi.info