Yaponiyanın Şimali Koreya QORXUSU

  • By admin
  • 10 Avqust 2017 13:50

05

Şimali Koreyanın ABŞ-ın Quam adasında yerləşən hərbi bazalarına raket zərbələri həyata keçirməyi nəzərdən keçirdiyini bəyan etməsi, qonşu ölkələrdə ciddi narahatçılığa səbəb olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaponiya müdafiə naziri İtsunori Onodera mətbuata açıqlamasında bildirib ki, Şimali Koreya Quam adasında yerləşən ABŞ hərbi bazaları istiqamətində ballistik raket buraxsa, Yaponiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları həmin raketləri məhv edəcək.

İ.Onoderanın sözlərinə görə, hazırda Hava Hücumundan Müdafiə Qoşunları tam olaraq döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, Şimali Koreya ABŞ-a məxsus hərbi bazalar istiqamətində zərbələr endirməyi planlaşdırır. Hərbi plan dörd “Xvason-14” orta mənzilli ballistik raketin buraxılmasını nəzərdə tutur. Raketlər Yaponiyanın üç prefekturası üzərindən uçaraq Quam adasından 30-40 km aralıda okeana düşəcəklər. Bununla rəsmi Pxenyan ABŞ-ın Quam adasındakı hərbi bazalarını məhv etməyə qadir olması barədə Vaşinqtona siqnal ötürmək niyyətindədir.

Anar

Gununsesi.info