Yaqub Eyyubov da istefaya göndərilir?

  • By admin
  • 12 Noyabr 2019 14:11

Yaşları ilə əlaqədar vitse-premyerlikdən gedən 75 yaşlı Hacıbala Abutalıbovla 71 yaşlı Əli Həsənovdan sonra birinci vitse-premyer, 74 yaşlı Yaqub Eyyubovun da vəzifəsindən istefa edəcəyi gözlənilir(di).

Gununsesi.org-un Etikxeber.az-a istinadən xəbərinə görə, istefa ehtimallarını gücləndirən məqamlardan biri həmin vaxtdan Yaqub Eyyubovun bir qədər kənara çəkilməsi, efirlərdə görünməməsi, ən əsası son dövlərdəki qarşılanma və yolasalma mərasimlərində görünməməsi idi.

Odur ki, Y. Eyyubovun parlamentdəki büdcə müzakirələrinə qatılıb-qatılmayacağı böyük maraq doğururdu.

Y.Eyyubov isə bu gün parlament müzakirələrinə qatılaraq, istefa xəbərlərini doğrultmayıb.

Gununsesi.org