Yarım ildir pensiyadan məhrum edilən vətəndaş nazirə müraciət etdi

  • By admin
  • 13 May 2020 14:48
Sosial yardım ala bilməyən və ailə gəlirlərinin yoxluğundan şikayətlənən vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. 6 aydan çoxdur ki, əlil övladının təqaüdünü ala bilmədiyini iddia edən vətəndaşın həmin yazını sizə təqdim edirik:
“Mən Həsənova Rəqsanə Fərhad qızı 1984.09.20 tarixində Kəlbəcər rayon Çəpli kəndində anadan olmuşam. Hal-hazırda Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsində kirayə yaşayıram. Mənim iki övladım var. Orucova İnarə 2006.12.14 tarixində dünyaya gəlib. Anadangəlmə Tuberoz Skleroz(Bourneville)
xəstəsidir. Müalicəsi yoxdur. Digər övladım isə Oruclu Nihad Nicat oğludur. Nihad 2008.06.05-i tarixində dünyaya gəlib və hal-hazırda yeni Ramana qəsəbəsində yerləşən 316 saylı orta məktəbin 6a sinfində oxuyur. Mən kirayə yaşadığım üçün 2018-ci ildən Azərbaycan Respublikası Məcburi Köçkünlər Komitəsində qeydiyyata alınmışam və komissiya tərəfindən yaşadığım yer gəlinib yoxlanılmışdır və hələ də heç bir cavab verilməyib. Hazırda əlil uşaqla yaşayışım cox çətindir. Dekabr ayından bəri əlil övladımın pensiyası  almıram.
Sənədlərimə yenicə cavab gəlib. Üç ay onbir gün təxirə salınıb. Səbəbi on layn bilinmir, cavab isə ” “142”-ni yığın”.
6 ayın pensiyasının yerdə qalan hissəsini isə “iyunun sonuna gələcək”, – dedilər. 4 il öncə sosial alırdım. Kartımın istifadə müddəti bitdiyi üçün yenidən müraciət etdikdə “siz enerjini çox istifadə etmisiniz, sizə sosial düşmür, – deyə cavablandırdılar”.

Gununsesi.org