Yarımçıq qalan kanalizasiya xətti niyə çəkilmir? -AÇIQLAMA

Abşeron rayonu Saray qəsəbəsi Üzümlük adlanan ərazidə yaşayan bir qrup vətəndaş Gununsesi.info-ya müraciət edib.

Onların bu müraciətinə səbəb isə yaxın ərazidən keçən kanalizasiya xəttinin çəkilişinin tam başa çatmamasıdır.

Vətəndaşın bildirdiyinə görə, Kanal qırağı əraziyə beton kanalizasiya xətti çəkilmişdir. Lakin 300 metrlik xətt birləşdirilməmişdir.
Nəticədə kanalizasiya və qrunt suları aşağı evlərin həyətlərinə dolur.

Məsələ ilə bağlı  Gununsesi.info  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilir:

“Abşeron rayonu, Saray qəsəbəsi, üzümçülük massivində videogörüntülərdə əks olunan açıq kanal Abşeron Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır.”

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən kanal vasitəsilə ərazidə formalaşan tullantı suları Abşeron Magistral kanalının altından keçərək boru xətti ilə “Sumqayıt şəbəkəsi”nə ötürülür. Qeyd edək ki, illər əvvəl həmin kanalın boruya alınması istiqamətində müəyyən işlər görülmüş, qalan işlərin isə perspektiv plana uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bildiririk ki, qeyd olunan ərazidə Abşeron Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin xidmət göstərdiyi hər hansı şəbəkə mövcud deyil.

@gununsesi.info

Abşeron rayonu Saray qəsəbəsi Üzümlük adlanan ərazidə yaşayan bir qrup vətəndaş Gununsesi.info-ya müraciət edib. Onların bu müraciətinə səbəb isə yaxın ərazidən keçən kanalizasiya xəttinin çəkilişinin tam başa çatmamasıdır. Vətəndaşın bildirdiyinə görə, Kanal qırağı əraziyə beton kanalizasiya xətti çəkilmişdir. Lakin 300 metrlik xətt birləşdirilməmişdir. Nəticədə kanalizasiya və qrunt suları aşağı evlərin həyətlərinə dolur. Məsələ ilə bağlı Gununsesi.info İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğumu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilir: Abşeron rayonu, Saray qəsəbəsi, üzümçülük massivində videogörüntülərdə əks olunan açıq kanal Abşeron Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən kanal vasitəsilə ərazidə formalaşan tullantı suları Abşeron Magistral kanalının altından keçərək boru xətti ilə “Sumqayıt şəbəkəsi”nə ötürülür. Qeyd edək ki, illər əvvəl həmin kanalın boruya alınması istiqamətində müəyyən işlər görülmüş, qalan işlərin isə perspektiv plana uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bildiririk ki, qeyd olunan ərazidə Abşeron Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin xidmət göstərdiyi hər hansı şəbəkə mövcud deyil. #xeber #xəbər #news

♬ orijinal səs – Gununsesi.info

Gununsesi.info