Yasamal Məhkəməsinin sədri xadiməni “şantaj”la işdən qovdu

  • By admin
  • 09 Sentyabr 2016 17:28

yasamal-mehkemesi

 

Şikayətçi Kəmalə Hacıyeva: “Qızım təhsil almalıdır, amma imkan verilmir ki, mən rahat çörəkpulumu qazanım…”

Yasamal rayon Məhkəməsində, deyəsən, maliyyə “krizisi” yaşanmaqdadır. Belə ki, rəhbərlik işçiləri heç bir səbəb göstərmədən ixtisar etməyə başlayıb.

Gununsesi.info-ya şikayət edən məhkəmənin işçisi Kəmalə Hacıyeva Yasamal rayon Məhkəməsindən hərtərəfli narazılıq edir. Deyir ki, artıq neçə ildir alimentlə bağlı çıxarılan qərarın icrasını həyata keçirtdirə bilmir. Digər tərəfdən isə 1 ildir ki, işlədiyi yerdən məcburi çıxarılıb.

Onun sözlərinə görə, həyat yoldaşı Qədirov Şahin ilə 7 illik ailə həyatından sonra ayrılıb və 1 qızı var. Ayrılarkən, aliment almaq üçün Sabunçu rayon Məhkəməsinə şikayət ərizəsi verib. Sözügedən məhkəmə işə baxaraq, icranı Yasamal rayon Məhkəməsinə göndərib.

“Artıq 4 ildir ki, işin icrasına Yasamal rayon Məhkəməsi baxsa da, heç bir aliment ala bilməmişəm. Qərara görə, aylıq 93 manat aliment ödənməlidir. Artıq icraya gedib-gəlməkdən yorulmuşam”-deyə, K.Hacıyeva qeyd edib.

Şikayətçi vurğulayıb ki, Yasamal rayon Məhkəməsinin İcra Şöbəsinin keçmiş rəisi Zaur Abdullayev onun imkansız olduğunu görərək, xadimə işinə (texniki işçi) düzəlməsinə yardım edib: “Zaur Abdullayev məni işə düzəltdi ki, acından ölməyim. Çünki çox imkansızam, sosial ünvanlı yardım da ala bilmirəm. Sosial ünvanlı yardım almaq üçün müraciət etsəm də, qəbul etmədilər. Bildirdilər ki, mənim qızım üçün aliment düşür və gedib onu tələb edim. Yəni, hər yerdən qapılar üzümə bağlandı. Yaşamaq üçün heç evim də yoxdur, qardaşımin evinı sığınmışam. Özüm də zob xəstəliyindən əziyyət çəkirəm. 1 il əvvəl Zaur müəllimin yardımı ilə məhkəmədə xadimə işinə düzəldim.Bu müddət ərzində heç bir yanlışlığım olmayıb.  İndi Zaur müəllim Nərimanov rayon Məhkəməsində işləyir”.

Yasamal rayon Məhməkəsinin sərdi Ələddin Cəfərov Kəmalə Hacıyevaya hədə-qorxu gələrək, məcburən işdən çıxmaqla bağlı ərizə yazdırtdırıb. K.Hacıyeva deyir ki, işdən çıxarılması ilə bağlı heç bir səbəb göstərilməyib: “Sədr məni qəbul etmək istəmir. Mənə böyük məcburiyyət altında qoyaraq, dünən ərizə yazdırdılar. Mən savadsız bir qadın deyiləm, texnikumu bitirmişəm. Təkcə amacım qızımı oxutdurub, boya-başa çatdırmaqdır. Qızım təhsil almalıdır. Amma bu özbaşınalıqlar imkan vermir ki, mən rahat çörəkpulumu qazanım. O boyda hakimlər, vəzifə sahibləri bir xadimənin üzərinə düşüblər”.

Məsələ ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etsək də, telefon dəstəyini görürən olmayıb. Növbəti günlərdə adıçəkilən məhkəminin mövqeyini də dərc etməyə çalışacağıq.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info