Yasamal telefon qovşağından oğurluq edildi

  • By admin
  • 09 Aprel 2021 12:07

Bakıda oğurluq hadisəsi olub.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Yasamal Telefon Qovşağına məxsus rabitə kabelinin 55 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Kazımov saxlanılıb.

Gununsesi.info